İspaniyada tətilə görə 50-dən çox aviareys təxirə salınıb
1-11-2022, 11:48

İspaniyanın "Vuelinq" aviaşirkəti işçilərin tətili ilə əlaqədar bu günə nəzərdə tutulan 54 reysi təxirə salıb.

AZİNFORM.AZ-ın məlumatına görə, aviaşirkətin göyərtə bələdçiləri bu gündən etibarən silsilə tətillər keçirəcəyini elan edib.

Onlar əməkhaqlarının artırılması tələbi ilə çıxış edir.

Qeyd olunur ki, tətillər yanvarın 31-dək həftənin bazar ertəsi, cümə və bazar günləri, eləcə də Milad və Yeni il bayramlarında keçiriləcək.

İlkin hesablamalara görə, bu tətillər ümumilikdə 3,2 milyon sərnişinin planlarına təsir göstərəcək.





up