İngiltərə kralı III Çarlz Kraliça II Yelizavetanın bəzi yarış atlarını satır.
AZİNFORM.AZ xəbər verir ki, 70 il 214 günlə ölkədə ən uzun müddət hakimiyyətdə olan monarx Kraliça II Yelizaveta sentyabrın 8-də vəfat edib. Onun yerinə kral III Çarlz keçdi. Tattersalls Hərrac Evi yarışları izləməyi sevən və atlara olan həvəsi ilə tanınan kraliçanın 14 atının bu gün hərraca çıxarılacağını açıqlayıb. Onlayn şəkildə izlənilə bilən hərrac maksimum üç gün ərzində yekunlaşacaq.