ABŞ-da uşaq xəstəxanaları tənəffüs yolları virusunun - respirator sinsitial virusun yayılması səbəbilə dolub.
AZİNFORM.AZ xəbər verir ki, Hartforddakı Konnektikut xəstəxanası xəstələrin çoxluğuna görə gərgin rejimdə işləyir, həkimlər xəstələri qəbul etməyə görə açıq havada çadır qurmaq üçün Milli Qvardiya və Federal Fövqəladə Halların İdarə Olunması Agentliyi (FEMA) ilə danışıqlar aparır.
Konnektikut Uşaq Tibb Mərkəzinin baş həkimi Dr. Juan Salazar deyir ki, şöbələrdə reanimasiya çarpayılarında çatışmazlıq var.
O, əlavə edib ki, tənəffüs yolları infeksiyasına yoluxma halları sentyabrın əvvəlindən indiyədək görülməyən bir şəkildə kəskin artmağa başlayıb.
Hər gün 30-a qədər respirator sinsitial virusu olan uşaq tibb müəssisəsinə daxil olur.