Dünyada koronavirusa yoluxanların sayı 620 milyonu ötüb
15-10-2022, 14:27

Dünyada təsdiqlənmiş koronavirus infeksiyası hallarının sayı 620 milyonu keçib.

AZİNFORM.AZ xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

Pandemiyanın başlanmasından indiyədək 620 878 405 yoluxma və 6 543 138 nəfərin ölüm qeydə alınıb.

Son iki gündə yoluxanların sayı 912 483 nəfər, ölənlərin sayı 2 486 nəfər artıb.

Ən çox yoluxma ABŞ, Hindistan, Fransa, Braziliya və Almaniyadadır.





up