Rus ordusu Kiyevi raketlərlə vurdu
15-10-2022, 09:47

Rusiya ordusu bu gün səhər saatlarında Ukraynanın Kiyev vilayətinin yaşayış məntəqələrindən birinə raket zərbələri endirib.

AZİNFORM.AZ xəbər verir ki, bu barədə Kiyev vilayəti regional administrasiyasının rəhbəri Aleksey Kuleba məlumat verib .

“Kiyev vilayətinin yaşayış məntəqələrindən birinə raket hücumu baş verib. Bütün xidmətlər işləyir, xilasedicilər hadisə yerindədir. Hələlik zərərçəkən yoxdur”, - Kuleba bildirib.

O qeyd edib ki, ”hava həyəcanı” xəbərdarlığı hələ də davam edir: “Hücumlar dəf edilənədək sığınacaqlarda qalın”.





up