Belarus prezidenti Aleksandr Lukaşenkonun Rusiya ilə “Birgə Əməliyyat Qrupu” yaradılması və Rusiya ordusunun təşkil etdiyi raket hücumları ilə bağlı açıqlaması diqqəti yenidən Ukraynanın paytaxtı Kiyevə çevirib.
AZİNFORM.AZ İngiltərə mətbuatına istinadən bildirir ki, Rusiya əsgərləri qatarlarla Belarusa gəlib. Təhvil verilən rus əsgərləri Ukraynanın Belarus sərhədlərinə yerləşdirilməyə başlanılıb.
Xəbərdə rus əsgərlərinin yük vaqonları ilə intensiv şəkildə Belarusa keçməyə başladığı qeyd edilib. Məsələyə münasibət bildirən ekspertlər Belarusun 10-15 min rus əsgərinə ev sahibliyi edə biləcəyinə və qurulacaq “Birgə Əməliyyat Qrupu”un 60 min nəfərlik qüvvəyə malik olacağına diqqət çəkib.
Məlum raket hücumlarından dərhal sonra açıqlama verən Rusiya Təhlükəsizlik Şurasının sədr müavini və Rusiyanın keçmiş baş naziri Dmitri Medvedev Vladimir Putinin Ukraynadakı Zelenskinin siyasi “rejimini” tamamilə dağıtmalı olduğunu deyib.