DİGƏR XƏBƏRLƏR
“Putin nüvə silahından istifadə barədə əmr verərsə, ordu komandanları Kremldə çevriliş edə bilər”.
AZİNFORM.AZ xəbər verir ki, bu barədə “Daily Mirror” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb. Bildirilir ki, Putin nüvə silahı barədə çıxışı ordu komandanları arasında birmənalı qarşılanmayıb. Qəzetə danışan mənbə hətta Putinə qarşı sui-qəsd ola biləcəyini irəli sürüb.
Qeyd edək ki, Vladimir Putin Ukrayna ərazilərinin ilhaq edilməsi barədə tədbirdə Rusiyanın ərazi bütövlüyünə təhlükə olacağı təqdirdə nüvə silahından istifadə edə biləcəyini açıqlamışdı. Putin fikrində ciddi olduğunu bəyan etmişdi. /metbuat.az/