Rusiya nüvə silahı ilə hədələməyə davam edərsə - ABŞ xəbərdarlıq etdi
30-09-2022, 22:06

Əgər Rusiya Ukraynanı təhdid etməyə və nüvə silahı ilə hədələməyə davam edərsə, ABŞ bunu NATO-ya hücum kimi qəbul edəcək.

AZİNFORM.AZ xəbər verir ki, bunu Respublikaçılar Partiyasından olan amerikalı senator Lindsi Qrem ABŞ Məhkəmə Komitəsinin iclasında deyib. Komitənin iclası “Nürnberqdən Ukraynaya: Müharibə cinayətləri və bəşəriyyətə qarşı cinayətlərə görə məsuliyyət” mövzusunda olub. Çıxış edən senatorlar vurğulayıblar ki, Rusiya öz ordusunun Ukraynada törətdiyi bütün qanun pozuntularına görə cavabdeh olmalıdır.

“Putin təhdidlərini davam etdirsə və nüvə silahı ilə hədələməyə davam edərsə, biz bunu NATO-ya genişmiqyaslı hücum hesab edəcəyik.Çünki radiasiya təkcə Ukraynaya deyil, bütün Avropaya təsir edəcək”, – Qrem deyib. Onun sözlərinə görə, Rusiya Federasiyası nüvə silahından şantaj üçün istifadə edir. NATO isə Moskvaya cavabın nə olacağını açıq şəkildə bildirməlidir.
“Əgər bu mesajı çatdırmasaq, Putinə və onun kimi tiranlara qarşı böyük səhv etmiş olarıq”, – Qrem vurğulayıb.







up