Rusiyada hərbi komissarlığı yandırmaq istədilər
29-09-2022, 10:00

Rusiyanın Novosibirsk şəhərindəki hərbi komissarlığın binasına “Molotov kokteyli” atılıb.

AZİNFORM.AZ xəbər verir ki, bu barədə Rusiyanın “İnterfaks” agentliyi məlumat yayıb.

“Sentyabrın 29-da saat 6:25-də Novosibirsk şəhərinin Kirovski və Leninski rayonları üzrə hərbi komissarlığı yandırmağa cəhd edilib. Binaya iki ədəd “Molotov kokteyli” atılıb. Yanğın tez bir zamanda söndürülüb”, - məlumatda deyilib.





up