ABŞ Rusiyaya sərt cavab hazırlayır: Yaxın günlərdə...
27-09-2022, 11:46

ABŞ Rusiyanın işğal etdiyi əraziləri heç vaxt onun bir hissəsi kimi tanımayacaq.

AZİNFORM.AZ xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Karine Jan-Pyer deyib.

Onun sözlərinə görə, saxta referendumlar beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır:

“Biz müttəfiqlərimiz və tərəfdaşlarımızla Rusiyanı məsuliyyətə cəlb etmək və Ukraynaya lazım olan müddətdə dəstək vermək üçün işləməyə davam edəcəyik. Yaxın günlərdə ictimaiyyət ABŞ-ın cavabı haqqında daha çox məlumat alacaq”, - o bildirib.





up