DƏHŞƏTLİ OLAY: Oğul anasının başını eyvandan atdı
26-09-2022, 01:07

İstanbulda oğul anasını amansızlıqla qətlə yetirib. 

AZİNFORM.AZ “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, hadisə Bağcılar rayonunda qeydə alınıb.

İlkin məlumata görə, psixoloji problemləri olan Ali Sayan anası Hava Sayanın başını kəsərək eyvandan yerə atıb. Cinayət törədən şəxs hadisədən sonra evə od vuraraq yandırıb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Cinayətdə şübhəli bilinən Ali Sayan yaralı vəziyyətdə saxlanılıb.

Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.





up