Bayden Florida ştatında fövqəladə vəziyyət elan etdi
25-09-2022, 08:00

ABŞ prezidenti Co Bayden yaxınlaşan "İan" tropik qasırğası ilə əlaqədar fövqəladə vəziyyət elan edilməsi haqqında sərəncam imzalayıb.

AZİNFORM.AZ xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətindən verilən açıqlamada bildirilib.

"Bu gün prezident Cozef Bayden Floridada fövqəladə vəziyyət elan edib və "İan" tropik qasırğasının yaratdığı fövqəladə vəziyyətlərə cavab olaraq yerli hakimiyyət orqanlarının səylərini tamamlamaq üçün federal yardım əmri verib", - deyə açıqlama deyilir.

Ağ Ev həmçinin bildirib ki, ABŞ liderinin sentyabrın 27-də Floridaya səfəri tropik qasırğa səbəbindən təxirə salınıb. 





up