İki nazir istefa verdi
13-06-2022, 17:20

Bolqarıstanın xarici işlər naziri Teodora Gençovskaya və energetika naziri Aleksandr Nikolov istefa verib.

AZİNFORM.AZ-ın məlumatına görə, nazirlər "Belə xalq var" partiyasının koalisiya hökumətinin tərkibindən çıxması barədə qərardan sonra istefaya yollanıblar.

Bundan əvvəl gənclər və idman naziri Radostin Vasilev, baş nazirin müavini və regional inkişaf naziri Qrozdan Karacov istefa verib.

Qeyd edək ki, iyunun 8-də "Belə xalq var" partiyasının sədri Slavi Trifonov partiyanın koalisiyadan çıxdığını və hökumətdəki nazirlərini geri çağırdığını elan etmişdi.





up