“İDMANÇILARIMIZ VƏTƏNƏ DÖNMƏSƏYDİ, BAŞQA TƏXRİBATLAR DA OLARDI…” - DEPUTAT
18-04-2023, 18:32

Bu qədər nüfuzlu bir yarışda belə bir hərəkətin baş verməsi ölkəmizə qarşı böyük hörmətsizlik idi. Yarışa ev sahibliyi edən bir ölkə üçün isə rəzalət, utancverici bir hal. Təxribatı şəxsən törədən insan da təsadüfən seçilən biri deyildi və bu bilərəkdən, əvvəlcədən planlı şəkildə hazırlanmış təxribat idi. Bu məsələ əlbəttəki bizim idmançılarımıza psixiloji zərbə idi.

AZİNFORM.AZ xəbər verir ki, bu sözləri Tribunainfo.az-a Azərbaycan Respublikasının əməkdar məşqçisi, deputat, Vüqar İskəndərov bildirib. O qeyd edib ki, İdmançılar prsixoloji olaraq yarışa fokuslanmalıdır. Ancaq bu təxribat idmançılarımıza bu imkanı verməyəcəkdi:

“Məhz bu səbəbdən komandamızın oradan təxliyyə edilməsi, vətənə dönməsi yerində verilmiş qərar idi.

Biz bilə bilməzdik ki, komandamızın üzvlərinin iştirakı zamanı hansı hadisələr baş verə bilərdi. Çünki siyasətçilərimizin də Ermənistan səfərlərində hansı çətinliklərlə üzləşdiklərinin şahidi olmuşuq. Oblar siyasətçilərimiz üçün də zaman-zaman çətinliklər yaradıblar.

Buna görə də komandamızın vətənə geri dönməsi ilə bağlı verilən qərar tam doğru idi. Amma beynəlxalq idman ictimaiyyəti, Beynəlxalq Olimpiya Komitəsi, Ağır Atletika Federasiyası Ermənistana təcili sanksiyalar tətbiq etməlidir. Ermənistan belə yarışlardan kənarlaşdırılmalıdır, uzun müddət ermənistanda dünya, avropa yarışlarının keçirilməsi qadağan edilməlidir, Ermənistana öz yeri göstərilməlidir”.





up