Hulusi Akar azərbaycanlı qazinin alnından öpdü
18-05-2022, 23:59

Türkiyənin milli müdafiə naziri Hulusi Akar azərbaycanlı qazilərlə görüşüb.

Türkiyəli nazir Vətən müharibəsində qazi olan Azərbaycan Ordusunun əsgərlərini qələbə münasibəti ilə təbrik edib.

"Azərbaycan Ordusu böyük bir uğurla hərəkatı gerçəkləşdirdi. Buna görə sevincliyik. Bizim öhdəmizə düşən vəzifə isə Türkiyə-Azərbaycan qardaşlığını daha da dərinləşdirmək, daha da irəli aparmaqdır. Beləliklə, gələcəyə güclü və arxayın şəkildə baxa bilərik", - Hulusi Akar vurğulayıb.

Qeyd edək ki, Hulusi Akarın qazilərdən birnin alnından öpməsi görüşdə duyğusal anlar yaşadıb. /gündem.az/


AZİNFORM.AZ





up