Rusiya səfirliyinin əməkdaşları Bakıdakı pravoslav kilsələrini ziyarət ediblər
8-01-2023, 00:36

Rusiyanın Azərbaycandakı səfirliyi Azərbaycanın pravoslav icmasını Milad bayramı münasibətilə təbrik edib.

AZİNFORM.AZ xəbər verir ki bu barədə səfirliyin rəsmi teleqram kanalında məlumat yayılıb. Rusiya diplomatik missiyası xüsusi bəyanat yayıb: “Sizə uzun və xoş illər, cansağlığı, xoşbəxtlik, güc və bütün səylərinizdə Allahın köməyini diləyirik. Rəbbin bizə vəsiyyət etdiyi kimi bu bərəkətli torpaqda həmişə sülh və sevgi hökm sürsün!

Məlumata görə, Rusiyanın Azərbaycandakı səfirliyinin əməkdaşları ənənəvi olaraq Bakıdakı pravoslav kilsələrində Milad bayramını qeyd ediblər.






up