Tanınmış jurnalist Ülviyyə alovlu jurnalistlərin davasına çox sərt reaksiya verib.
Azinform.az xəbər verir ki, 22 iyulda keçirilən “Dərinləşən Media İslahatı” konfransında özünü media kapitanı adlandıran şəxslər spirtli içki qəbul etdikdən sonra hərəkət və davranışlarına nəzarəti itiriblər. Bu barədə mediada bir sıra yazılar dərc olunub.
Belə ki, Şuşada, İsa bulağında haqqın.az saytının rəhbəri Eynulla Fətullayev, qafqazinfo.az saytının redaktoru Elbrus Ərud və şoumen, "Xəzər TV"-nin rəhbəri Murad Dadaşov tədbirdən öncə və sonra davamlı olaraq alkoqollu maddələr qəbul ediblər. Nəticədə hərəkətlərinə nəzarəti itirib bir-birləri və ətrafdakılarla mübahisə ediblər.
Bütün bunlara sərt reaksiya verən jurnalist öz facebook sosial şəbəkə hesabında bir cümlə yazıb: "Media kapitanları şəhidləri söyüb!"
Facebook
Вконтакте
Одноклассники
Google+