"BOLT" sürücülərindən ilginc dələduzluq: Onlayn ödəmə edənləri aldadırlar -VİDEO
9-07-2022, 15:24

"BOLT" sürücüləri kartla ödəniş edən vətəndaşa qarşı dələduzluq ediblər.

Paytaxtda "BOLT" taksi sifariş edən xarici vətəndaşa qarşı sürücü tərəfindən dələduzluq edilərək kartından pul silinməsinə şərait yaradılıb. Daha sonra sürücü özü bu barədə video çəkib və sosial şəbəkə hesabında paylaşıb.

AZİNFORM.AZ xəbər verir ki, sosial şəbəkələrdə bu barədə video çəkib paylaşan sürücü insanları kartla ödəniş etməməyə çağırıb.

Dələduz sürücü kartla ödəniş edən müştərilərdən nifrət etdiklərini bildirib. Belə ki, gediş başa çatdıqdan sonra gedişi sonlandırmayıb bundan sonra olan gedişlərin ödənişini də həmin müştərinin kartından ödəməsinə şərait yaradır. Nəticədə digər müştərilərin gedişlərindən iki qat pul qazanırmış.

Həmin videonu sizə təqdim edirik:






up