Qubad İbadoğlunun həyat yoldaşı saxlanılmayıb
23-07-2023, 20:42

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu saxlanılıb. Sosial şəbəkələrdə Q. İbadoğlu ilə birgə həyat yoldaşının da saxlanıldığı iddia edilir.  

Bu barədə “Qafqazinfo”ya DİN-in mətbuat xidmətinin əməkdaşı Anar Qafarov bildirib ki, Q.İbadoğlunun həyat yoldaşı saxlanılmayıb, iddialar əsassızdır.





up