Millət vəkili Fəzail Ağamalı müsahibə verərkən kriminal avtoritet Rövşən Lənkəranskidən bəhs edib.
AZİNFORM.AZ xəbər verir ki, onun sözlərinə görə "Lənkəranski" kimi tanınan Rövşən Canıyev onun yaxın qohumudur. Qardaşı qızı Canıyevin qardaşının həyat yoldaşıdır. Bundan əlavə F.Ağamalı söhbət zamanı bildirib ki məşhur kriminal avtoritet, İqtisad Universitetində həm də onun tələbəsi olub. Birinci kursda oxuyarkən ona dərs deyib. Sosial şəbəkələrdə deputatın səsləndirdiyi bu sözlər böyük maraqla qarşılanıb. Rövşən Lənkəranskinin tələbə olması hər kəsi təəccübləndirib.
Ətrafll videoda izləyin: