Plastik cərrah Səkinə Xudiyeva "Kök hüceyrə üzdə olan ölü toxumaları bərpa edə bilir"
26-11-2022, 17:26

"Kök hüceyrə ilə gəncləşmə pasiyentin öz toxumalarının – piy və kök hüceyrələrinin istifadə edildiyi əvəzsiz bir üsuldur. Kök hüceyrə və piy toxuması tərkibli biomaterialdan ibarət inyeksiyalar dəri cavanlaşdırılması üçün tətbiq edilir."

AZİNFORM.AZ saytının suallarını cavablandıran tanınmış həkim, tibb üzrə fəlsəfə doktoru, dosent,  plastik cərrah Səkinə Xudiyeva kök hüceyrələri haqqında danışarkən deyib. 

"Təəssüf ki, hamımız qocalırıq. Mobil həyat tərzi və düzgün bəslənmə hətta pis vərdişlərdən imtina etsək belə bu kimi cəhdlər bioloji proseslər qarşısında acizdir. Amma biz təslim olmaq istəmirik, elə deyilmi?

Cərrahi müdaxiləyə müraciət etmədən gəncliyi uzatmaq, sağlamlığı və gözəlliyi qorumaq bu gün realdır!

Proses zamanı piy xüsusi aparata yerləşdirilir, orada piy toxuması artıq qatqılardan tam təmizlənir və aktivləşdirilmiş kök hüceyrə hasil edilərək, təmizlənmiş piylə birləşdirilir.

Alınmış biomaterial inyeksiya yolu ilə pasiyentin bərpa ediləcək bölgəsinə yeridilir.

Kök hüceyrə ilə dərinin cavanlaşması ilə yanaşı sadalayacağım digər vacib prosedurlardada mümkündür…

- üz ovalının və dekolte bölgəsinin bərpası
- dodaq, yanaq və çənə altının böyüdülməsi
- kiçik çapıqların ləğvi 

Prosedurdan dərhal sonra cavanlaşma, təravət hiss olunur. Kök hüceyrələri aktiv şəkildə bölünərək ölü toxumaları bərpa edə bilirlər." - deyərək həkim bildirib.







up