Plastik cərrah Səkinə Xudiyeva: "Lipomatik 7 D cihazı ilə lokal piylənmədən xilas olun" - Video
12-11-2022, 01:32

Lipomatik olaraq bilinən İnfrasonik Tickle Liposuction, bədən quruluşu və piylərin çıxarılması üçün tətbiq edilən üsullardan biridir. Lipomatic bədənin bütün hissələrinə yüksək həcmdə liposaksiyanı təmin edən FDA tərəfindən təsdiqlənmiş bir cihazdır. 

AZİNFORM.AZ xəbər verir ki, tanınmış həkim, tibb üzrə fəlsəfə doktoru, dosent,  plastik cərrah Səkinə Xudiyeva bu cihaz haqqında açıqlamasında bunları bildirib: 

"Lipomatik liposaksiya yağların homojen şəkildə çıxarılmasını, həmçinin toxumaların daha az zədələnməsini təmin edir. Bu əməliyyat və əməliyyatdan sonrakı sağalma müddəti klassik liposaksiyaya nisbətən daha qısa vaxt alır.

Lipomatik yağların çıxarılması üçün xəstəxanada qalma müddəti adətən 1 gündür. Əməliyyatdan sonra iki həftə ərzində korsetdən istifadə etmək məsləhətdir. Korsetdən istifadənin məqsədi prosedurun aparıldığı nahiyənin daha az ödemli və dartılmış olmasıdır. Xəstənin iş həyatına davam etməsi üçün tələb olunan vaxt dəyişə bilər. Ona görə də dəqiq bir müddət göstərmək sağlam bir qərar olmaz. Ancaq müraciətin edildiyi bölgədən, bölgənin vəziyyətindən və xəstənin şəxsi vəziyyətindən asılı olaraq xəstələr orta hesabla 1 ilə 5 gün arasında iş həyatına qayıda bilirlər.

Lipomatik cihazı vasitəsilə aparılan prosedurlarda bədəndə göyərmələr çox az olur və bədəndən sorulan yağlar digər hissələrdə nahamar görüntüləri bərpa etmək üçün istifadə olunaraq daha gözəl bədənə sahib olmağınıza yardımçı olur."





up