ABŞ-da fövqəladə vəziyyət ELAN OLUNDU – Kabus böyüyür
5-08-2022, 20:46

6 qitəyə yayılan meymunçiçəyi virusuna yoluxanların sayı 24 mini keçib.

AZİNFORM.AZ xəbər verir ki, ABŞ-da "fövqəladə vəziyyət" elan ediləcəyi ilə bağlı iddialar gündəmdədir. Avstraliya 450.000 doza meymun çiçəyi peyvəndi alıb.

ABŞ-ın səhiyyə naziri Xavier Becerra, meymunçiçəyi virusunun yayılması ilə əlaqədar Birləşmiş Ştatlarda ictimai səhiyyə ilə bağlı fövqəladə vəziyyət elan edildiyini açıqlayıb

"Biz bu virusla mübarizədə növbəti səviyyəyə hazırıq. Biz hər bir amerikalını meymunçiçəyinə ciddi yanaşmağa və bu virusla mübarizəmizə kömək etmək üçün məsuliyyət götürməyə çağırırıq”, - deyə bildirib.

Səhiyyə naziri qeyd edib ki, fövqəladə vəziyyətin elan edilməsi virusa qarşı mübarizədə təcili yardım fondlarına çıxışı asanlaşdıracaq, səhiyyə müəssisələrinə vaksinlər və vaksinlər haqqında daha çox məlumat toplamağa imkan verəcək və peyvəndlərin paylanmasını sürətləndirəcək.

ABŞ-da meymunçiçəyi hallarının sayı 6600-ü ötsə də, xəstələrin demək olar ki, hamısı kişilərdir. ABŞ-da hər 4 hadisədən 1-i Nyu-York əyalətində olduğu halda, Kaliforniya və İllinoys ştatlarında meymunçiçəyi səbəbiylə ötən bazar ertəsi fövqəladə vəziyyət elan edilib.

ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin (CDC) məlumatına görə, bu il dünyada ən azı 26,200 meymunçiçəyi hadisəsi müəyyən edilib. ABŞ-da meymunçiçəyi xəstəliyinə yoluxma hallarının orta yaşının 35 olduğu, indiyədək ABŞ-da 5 uşaqda virusun aşkarlandığı bildirilib.

Avstraliyada 53 meymun çiçəyi hadisəsi müəyyən edilib. Meymunçiçəyi virusuna yoluxma hallarının artmasının ardından 450 min doza peyvənd alınıb. Peyvəndlərin ilk 22 min dozasının ölkəyə bir neçə gün ərzində, digər dozaların isə il ərzində və 2023-cü ildə çatacağı bildirilib.





up