14 yaşlı qızın hamilə qalmasına görə araşdırma başladıldı
5-08-2022, 20:26

Bərdənin Nəcəfqulubəyli kəndində 14 yaşlı qız hamilə qalıb.

AZİNFORM.AZxəbər verir ki, hamilləlik oğlan tərəfinin israrı ilə qeyri-ənənəvi üsulla qızın bətnində məhv edilib.

Abort zamanı qızın 3 aylıq hamilə olduğu bildirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı AZİNFORM.AZ-a bildirib ki, faktla bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb:

“Müvafiq ekspertiza təyin olunub. Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”. /qafqazinfo/





up