Nazir Sanosyan: Laçın ətrafındakı yol yaza qədər hazır olacaq
4-08-2022, 12:02

“Biz işə başlamışıq, texnika işləyir, yol çəkilir və gələn yazın sonuna qədər başa çatdırılacaq. Biz işi üç mərhələyə ayırmışıq və fəal şəkildə qururuq”. 

AZİNFORM.AZ xəbər verir ki, bunu Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan Ermənistan hökumətinin bu gün keçirilən iclasından əvvəl Xankəndində Laçın şəhərindən keçməyəcək alternativ yolun tikintisi ilə bağlı sualı cavablandırarkən bildirib.

Xatırladaq ki, bundan əvvəl Ermənistan Sünik vilayətinin Tex və Kornidzor yaşayış məntəqələrindən keçən M2 avtomobil yolunun tikintisini təsdiqləyib. Laçın dəhlizindən yan keçən yeni M2 avtomobil yolu Xankəndini Ermənistanla birləşdirəcək və Laçın şəhəri və Zabux kəndindən keçən mövcud yolu əvəz edəcək.





up