Sürücü qadını avtobusdan təpiklə çıxardı - VİDEO
29-06-2022, 16:41

Sumqayıtda marşrut avtobusunda sürücü ilə sərnişin arasında insident baş verib.

AZİNFORM.AZ xəbər verir ki, hadisə bir neçə gün öncə şəhərdaxili avtobuslardan birində yaşanıb. Mübahisə zamanı qadın sərnişin sürücünü təhqir edib. Daha sonra əlindəki çanta ilə onun başından vurub. Bundan sonra sürücü qadını təpiklə itələyərək avtobusdan atıb. Hadisə zamanı qadın qapıdan yola yıxılıb.

Məlumata görə, hadisə sərnişinin dayanacaqdan kənarda saxlama tələbinə görə baş verib.

Məsələ ilə bağlı hazırda araşdrıma aparılır.


AZİNFORM.AZ



up