On milyon manatlıq avtomobil nümayiş olundu - VİDEO
29-06-2022, 10:00

“Red Bull” iki qapılı hiperkarının ilk təsvirini nümayiş etdirib.

AZİNFORM.AZ oxu.az-a istinadən xəbər verir ki, avtomobil haqqında ilk məlumatlar açıqlanıb.

O, RB17 adlanacaq və istehsalı 50 nüsxə ilə məhdudlaşacaq.

1115 at gücünə malik hibrid V8 mühərriki ilə təchiz ediləcək iki qapılı avtomobilin dəyəri beş milyon funt sterlinq (təxminən on milyon manat) olaraq qiymətləndirilib.

Bu məbləğ qarşılığında alıcı təkcə avtomobilin özünü deyil, həm də “Red Bull Racing” formula komandasının daxili fəaliyyətində iştirak hüququ əldə edəcək.

Avtomobilin istehsalına 2025-ci ildə başlanması planlaşdırılır.





up