DƏHŞƏTLİ OLAY! Doğuş zamanı ölən qadının ruhu körpəsinin məzarı üzərində GÖRÜNTÜLƏNİB (VİDEO)
22-06-2022, 03:30

ABŞ-da ölü uşaq dünyaya gətirən qadın körpəsindən 6 gün sonra dünyasını dəyişib.

AZİNFORM.AZ xəbər verir ki, 1888-ci ildə baş verən hadisədən sonra qadının ruhunun körpənin məzarına gəldiyini iddia edən fotolar ortaya çıxıb.

Sue Howard Hardy adlı qadının ruhu Müqəddəs Filip Kilsəsi qəbiristanlığında uşağının məzarının üstündə əyilərkən görüntülənib.

Sue ilk dəfə 1987-ci ildə ağ paltarda körpəsinin məzarının üstündə fotoqraf Harri Reynold tərəfindən lentə alınıb. Yayımlanan foto hər kəsi qorxuya salıb.

Eyni hadisə ikinci dəfə 35 il sonra fotoqraf Casiie Alexis Lahn tərəfindən qeydə alınıb.

Fotoda ananın qəbiristanlıqda başı aşağı körpəsinin məzarına doğru getdiyi və məzarın yanında olanda qəbrə doğru əyildiyi görünür.

Facebook-da paylaşılan fotoda istifadəçilər bunun qorxulu olduğunu və qadının ruhunun çox aydın göründüyünü şərh ediblər.





up