Mübariz Mənsimovun Lənkərandakı 10 milyonluq mülklərini hansı dövlət məmuru alıb..?
17-06-2022, 22:47

Dünyada nəinki milyoner, hətta milyarderlər arasında azərbaycanlı görmək hər birimiz üçün qürurvericidir.

Təsəvvür edirsiniz, indicə media üzərindən apardığımız araşdırma zamanı bəlli oldu ki, həmyerlimiz, soydaşımız Mübariz Mənsimovun adı dünya miyarderləri siyahısındadır.

Bəli, dünya milyarderlərinin yeni siyahısında azərbaycanlı iş adamı Mübariz Mənsimov da var.

Qısa məlumat üçün bildirək ki, məşhur “Forbes” jurnalının siyahısında 69 milyard dollara sahib Karlos Slim Helu yenə birincidir.
Son üç ildə lider olan meksikalı telekomunikasiyaçının sərvəti 2011-də 74 milyard olub.

Helunu 61 milyardla amerikalılardan “Microsoft” firmasının qurucusu Bill Geyts və 44 milyardla iş adamı Varren Baffet izləyir.

Deməli, bu il siyahıya 128 yeni milyarder daxil olub, 117-si isə buranı tərk edib. Ötən il siyahıda 1210 nəfər olduğu halda, bu dəfə miyarderlərin sayı rekord vurub - 1226.

Əvvəlki siyahıda olanların ümumi sərvəti 4.5, yenisində isə daha çox - 4.6 TRİLİYON təşkil edir.

Bu il türklərdən 35 şəxs onlar sırasında yer alıb. Ötən il bu rəqəm 39 olub.

Türkiyədən ən öndə gedənlər Hüsnü Özyeğin (Fiba Holding-3 milyard dollar) 377-ci, Mehmet Emin Karamehmet (Çukurova Holding-2,9 milyard dollar) 401-ci, Murat Ülker (Yıldız Holding-2,8 milyard dollar) 418-cidir.

İndi gələk Mübariz Mənsimova...

Bizim Mübariz Mənsimov 1 MİLYARD dollarla dünyada 1226 şəxs sırasında 1153-cüdür.

Yəqin ki, bəlli oldu ki, söhbət “Palmali” Şirkətlər Qrupunun rəhbəri və “Xəzər Lənkəran”ın sahibi Mübariz Mənsimovdan gedir.

Mübariz Mənsimovla bağlı son bir neçə ayda baş verənlər, onun kimlərsə tərəfindən siyasi müstəviyə çəkilməsi və s ciddi müzakirə mövzusu oldu.
Sonda özü də “dil xətası”na yol veridiyini etiraf etdi.

Əlbəttə, bütün bunlar Gündəlik-Bakının maraq dairəsində deyil.

Bizim üçün xəbər olaraq maraqlı olan odur ki, milyarder soydaşımız Mübariz Mənsimovun mülkləri satışa çıxarılıb.

Belə ki, Gündəlik-Bakıya daxil olan məlumata görə, Mübariz Mənsimovun Lənkərandakı dəyəri 10 milyon olan mülklərini dövlət məmurlarından biri alıb.

Məlumat üçün onu qeyd edək ki, dövlət büdcəsini talamaqla yüz milyonlara sahib olan həmin məmur böyük biznes şəbəkəsinə sahibdir.

Həmin dövlət məmuru yuxarı dairələrin adından sui-istifadə edərək öz şəxsi maraqlarını, şəxsi biznesini artırır.

Məlumat üçün onu da qeyd edək ki, həmin dövlət məmuru Mübariz Mənsimovun Lənkərandakı Olimpiya kompleksinin arxasındakı Palmali istirahət mərkəzini çox baha qiymətə alaraq adını da KARNAVAL qoyub.

Həmin dövlət məmuru Lənkəranda Göyşavan kəndində Qafqaz otellə üz-üzə böyük bir ərazini alaraq orada kauçuk zavodu tikib.

Həmin məmurun Polis idarəsi ilə üzbəüz uşaq bağçası var, 100-dən çox mağazaları var.

Həmin dövlət məmurunun Bakıda 300-dən çox evi-mənzili, ticarət mərkəzləri, beton-asfalt zavodu var.

Haqqında bəhs etdiyimiz məmur milyardlarla valyutanı xaricə köçürüb, Avropada əmlaklar alıb, vergidən yayınıb, heç bir dövlət qurumuna deklarasiya-bəyannamə təqdim etməyib.

Bəli, Mübariz Mənsimovun mülklərini alan dövlət məmuru Türkiyədə, Polşada mülklər almaq üçün ölkədən külli miqdarda valyuta çıxarıb.

Bu adam dövlət məmuru olaraq 800-1000 manat maaş alır, amma yüz milyonlara deyil, MİLYARDLARA sahibdir. Və hər yerdə Fondun adından istifadə edir.

Həmin məmurun bir oğlu Kanadada atasının biznesini idarə edir, o biri oğlu isə Azərbaycanda atasının qara işlərini aparır.

Növbəti yazıda Mübariz Mənsimovun əmlakına sahib olan dövlət məmuru barədə geniş araşdırma yazısı dərc edəcəyik.

Bizi izləyin.Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq./amia.az/





up