Qardaşı üçün mövlud keçirən Xatun: “Bir daha gözəl olmayacağam” - VİDEO
4-06-2022, 21:10

Müğənni Xatun Əliyeva mərhum qardaşı Balaş haqqında danışıb.

AZİNFORM.AZ xəbər verir ki, bu barədə o, MTV-də yayımlanan “Mtv Maqazin” verilişinə danışıb.

Ötən həftə mərhum stilist qardaşı Balaşın 39 yaşı tamam olması münasibəti ilə məclis quran Xatun onun yoxluğu ilə hələ də barışa bilmədiyini qeyd edib:

“O elə bir boşluqdur ki, heç zaman dola bilməz. Qardaşım mənim dünyam idi, dünyam dağılıb. Ömrümün sonuna kimi də bu acı mənim içimi yandırıb-yaxacaq. Yaşadığım müddətcə Balaş mənimlə yaşayacaq. Balaş rəhmətə gedəndən sonra rəngim gedib. Heç zaman bir daha gözəl olmayacağam. Çünki qardaşım məni öz yanaşması, bəzəməyi ilə, əzizləməyi ilə, gözəlləşdirirdi”. 

Qeyd edək ki, Balaş Əliyev ötən il beyin xərçəngindən vəfat edib.   

Ətraflı süjetdə:


AZİNFORM.AZ



up