Rövşən Lənkəranski haqda ŞOK BİLGİLƏR - VİDEO
3-04-2023, 11:38

Azərbaycanlı “qanuni oğru” Rövşən Lənkəranski haqqında qısametrajlı sənədli film hazırlanıb.

AZİNFORM.AZ xəbər verir ki, filmdə Lənkəranskinin həyatı və qazandığı nüfuz haqqında söhbət açılır.  

“Rövşən Lənkəranski çox yerdə İstanbul kralı kimi tanınırdı. İstanbul kralı deyəndə hamı bilirdi ki, kimdir. Çox sənədlərdə onun iş adamı olduğu qeyd edilir. Türkiyədəki məşhur “Zürafə” məhəlləsini dağıdanlardan biri Rövşən olub. “Zürafə” məhəlləsi əxlaqsız qadınların məskəni olub. Türkiyənin MİT-i bir neçə dəfə həmin məhəllədə əməliyyat keçirib. Həmin əməliyyatlardan birində Rövşən də iştirak edib. Amma o, MİT tərəfindən deyil, müstəqil şəkildə əməliyyata qatılıb. Oradan azərbaycanlı tələbə qızları çəkib çıxarıb. Bundan başqa, Lənkəranski Moskva ətrafında kimsəsiz uşaqlar üçün ev tikdirib və onlara pay göndərib”.

Rövşən Lənkəranskinin nəinki azərbaycanlılar arasında, hətta bütöv regionda nüfuz qazandığı bildirilir. Atasının qatilini məhkəmə zalında öldürdükdən sonra bütün regiona səs salan Lənkəranski qısa zamanda Rusiya, Türkiyə, Ukrayna və Birləşmiş Ərəb Əmirliyindəki "qanuni oğru"lar arasında söz sahibi olub.





up