Nazir yayılan videodan danışdı - Video
13-05-2022, 10:40
Azinform.Az - Azerbaycanin informasiya Merkezi

Gənclər və idman naziri Fərid Qayıbov müavini Mariana Vasilevanın haqqında bir müddət əvvəl yayılmış rəqs videosuna münasibət bildirib.

Bu barədə ASAN Radio-ya danışıb.

Nazir bildirib ki, sözügedən kadrlar şəxsidir və kadrlar M. Vasileva nazir müavini olduqdan sonra yayılıb:

“O video sosial mediada yox idi. Onu orada olan şəxslərdən biri paylaşmışdı. Bizim müavin olandan sonra paylaşmışdı. Təbii ki, kim olduğunu bilirik. Yəni şəxsi videodur. Mən hazırkı nazir müaviniylə 14 ildir bir yerdə çalışıram və bu yolu bir yerdə gəlmişik. Təbii ki, çox razıyam. Bütün işlərimizi bərabər görmüşük. Təkcə onu deyə bilərəm ki, hər zaman mənə dəstək olub”.

Qeyd edək ki, Mariana Vasileva nazir müavini təyin ediləndən sonra sosial şəbəkələrdə yayılan onun rəqs videosu müzakirələrə səbəb olmuşdu. /yeniavaz/

   AZİNFORM.AZ





up