Havanın temperaturu YÜKSƏLƏCƏK - PROQNOZ
19-09-2022, 09:00

Sentyabrın 19-u və 20-də ölkə ərazisində hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir.

 Milli Hidrometeorologiya Xidmətindən AZİNFORM.AZ-a verilən məlumata görə, Bakıda gecə 21-23°, gündüz 28-30° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət 60-65 % təşkil edəcək.

 Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti hökm sürəcək.

 Qeyd edək ki, həftə ərzində ölkə ərazisində hava ilə bağlı mühim bir dəyişiklik gözlənilmir.

 





up