Azərbaycanda səfərbərlik olacaq? - RƏSMİ AÇIQLAMA
18-09-2022, 13:17

Səfərbərliyin elan olunması barədə müvafiq icra hakimiyyəti orqanının qərarı dərhal kütləvi informasiya vasitələri (KİV) ilə, bu mümkün olmadıqda isə başqa üsullarla yayılır.

AZİNFORM.AZ xəbər verir ki, bu barədə AZXEBER.COM-un sorğusuna cavab olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən bildirilib.

Dövlət Xidməti sosial şəbəkələrdə 10 gün ərzində ölkəmizdə səfərbərlik elan olunacağı barədə yayılan məlumatı qəti təkzib edib:

"Səfərbərlik xidməti əhalini sosial şəbəkələrdə yayılan şayiələrə inanmamağa, yalnız rəsmi qurumlara etibar etməyə çağırır”.

AZİNFORM.AZ





up