General Fuad Aslanovu rəis TƏYİN ETDİ
13-09-2022, 16:59

Dövlət Gömrük Komitəsində yeni təyinat olub.


AZİNFORM.AZ  xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, DGK sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən gömrük xidməti general-leytenantı Şahin Bağırovun imzaladığı əmrlə Aslanov Fuad Mikayıl oğlu Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəisi təyin olunub.


Qeyd edək ki, sözügedən idarənin eks-rəisi gömrük xidməti general-mayoru Təmkin Xəlilov bir müddət əvvəl təqaüdə göndərilib.





up