Braziliyada iPhone mobil telefonlarının enerji cihazı olmadan satışı qadağan edilib.
AZİNFORM.AZ xarici mediaya istinadən xəbər verir ki, Braziliyanın Ədliyyə Nazirliyi ABŞ-ın smartfon istehsalçısı "Apple” şirkətinin "iPhone” telefonlarının enerji təchizatı olmadan ölkə üzrə satışını qadağan edib. Bundan əlavə "Apple” istehlakçıya zərər vurduğuna görə, 2,3 milyon dollar cərimələnib.
Braziliya Ədliyyə Nazirliyinin "Apple” şirkətinin istehsal etdiyi "iPhone” mobil telefonlarının enerji cihazı olmadan satışının qadağan edilməsi ilə bağlı qərarı "Resmi Gazete”də dərc olunub.
Qərarda bildirilir ki, "Apple” ötən ilin dekabrında iPhone 12 və 13-ü enerji cihazı olmadan satdığı üçün Milli İstehlakçı Katibliyi tərəfindən məhkəməyə verilib. /azxeber,com/