Bakı məktəbləri üzrə 11 direktor və 56 direktor müavini vəzifəsindən uzaqlaşdırılıb
7-09-2022, 12:02

Bakı məktəbləri üzrə 11 direktor və 56 direktor müavini vəzifəsindən uzaqlaşdırılıb.

AZİNFORM.AZ-in məlumatına görə, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva Bakı şəhəri təhsil işçilərinin Sentyabr konfransında çıxışı zamanı deyib.

O qeyd edib ki, 44 direktor, 15 direktor müavini intizam məsuliyyətinə cəlb edilib.

“33 direktor və 10 direktor müavininə işində yol verdiyi nöqsanlara görə xəbərdarlıq edilib”- deyə M.Vəliyeva əlavə edib.





up