Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
3-09-2022, 17:51

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib.


Xidmətdən AZİNFORM.AZ-a bildirilib ki, 25 gün davam edən isti və quraq hava şəraitindən sonra ölkə ərazisində hava şəraitinin dəyişəcəyi gözlənilir.


Qeyd olunub ki, Bakıda və Abşeron yarımadasında proses sentyabrın 5-i əvvəl şimal küləyinin güclənməsi ilə başlayacaq.


Küləyin maksimal sürəti 15-20 m/s, bəzi yerlərdə arabir 25-30 m/s olacaq.


Küləkli hava şəraiti 7-si gündüzədək davam edəcək.


Havanın temperaturu tədricən 8-10° aşağı enəcək.


6-sı gündüzdən 8-i səhərədək fasilələrlə yağış yağacağı ehtimalı var.


Azərbaycanın rayonlarında sentyabrın 5-dən başlayaraq əvvəl Böyük Qafqazın bəzi yerlərində, 06-dan 08-i gündüzədək isə əksər rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.


Gözlənilən yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı ehtimal olunur.


Qərb küləyi arabir 18-23 m/s, əsasən Kürvadisi rayonlarda arabir 25-30 m/s olacaq.


Havanın temperaturu ötən günlərlə müqayisədə 5-10° aşağı enəcək.





up