"Azərsu" yolu düzəltmək istədi, maşın batdı - FOTO
31-08-2022, 14:21

Mingəçevirdə təmir zamanı şirkət maşını asfaltda çuxura düşüb.

Azinform.az xəbər verir ki, hadisə şəhərin Nərimanov prospektində baş verib. Bu barədə şəhər sakinləri sosial şəbəkədə məlumat paylaşıblar. Bildirilib ki, hadisə zamanı “KaMAZ” markalı su maşını asfaltda batıb.

Məsələ ilə bağlı “Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı bildirib ki, həmin avtomobil podratçı şirkətə məxsus olub:

“Azərsu” ASC-nin sifarişi ilə podratçı şirkət tərəfindən yolda olan kanalizasiyada təmir işləri aparılıb. Daha sonra "KaMAZ" markalı su səpən maşın yolda fəaliyyətə başlayıb ki, torpaq-çınqıl örtüyü bərkisin. Ancaq avtomobil çuxurda batıb”.

Gundem.az





up