Şiddətə məruz qalan qadınlar nə etməlidirlər?
27-08-2022, 13:00

Qadınlara qarşı şiddət gün-gündən artır. Bəs biz buna qarşı nə edəcəyimizi bilirikmi?
"Qadınlar zorakılığa uğradıqları zaman bundan əsla utanmamalıdırlar.  Çünki şiddətə məruz qalmaq deyil, şiddət tətbiq etmək utanılacaq bir mövzudur".

AZİNFORM.AZ-ın şiddət görən qadınlara bəzi tövsiyyələri olacaq:

1. Əsla utanmayın və səssiz qalmayın.
2. Şiddət əsnasında kəsici, deşici alətlərin olduğu yerlərdən uzaq durun.
3. Dərhal ən yaxın polis bölməsinə gedib şikayət edin.
4. Həkimdən hesabat alın və bu hesabatları əsla itirməyin.
5. Şiddət göstərən adamı mütləq polisə şikayət edin.
6. Fiziki şiddətdən sonra gələn optimist davranışlara inanmayın. Çünki bu hadisə, bir müddət sonra yenidən təkrarlanacaq.
7. Boşanma davalarında yalnız danışmaq istədiyini söyləyən kişilərə inanmayın, bu inamın  sonu bir çox hallarda  qadınların öldürülməsi ilə bitir.

Şiddət görən qadınlar özlərini necə qoruya bilər?
Şiddət anında, duş, mətbəx kimi yerlərə özünüzü qapatmayın, mümkün olduğu qədər çıxış qapısının yanında olun. Yoldaşınızda şiddət meyli hiss edirsinizsə, əvvəldən onun bilmədiyi bir ünvanda bir neçə parça paltar, ayaqqabı, geyim, və bir az pul yerləşdirin. . Uşağınız varsa onun da geyinəcəklərini, paltarlarını və metrikasını eyni yerə aparın. Qadın sığınacaq mərkəzlərinin telefonlarından bir neçə dənəsini də mütləq əzbərləyin.

Şiddət görən qadınların qanuni hüquqları
1.Qanuna əsasən şiddət tətbiq edən kəs evdən uzaqlaşdırıla bilər. Bunun üçün polis bölməsinə, prokurorluğa və ya birbaşa ailə məhkəməsinə müraciət edə bilərsiniz.
2. Boşanma iddiası aça bilər, maddi və mənəvi təzminata haqq qazana bilərsiniz.
3. İşləməyən qadınlar aliment hüququna malikdirlər.
4. Şiddət göstərən kimsə üçün cəza iddiası aça bilərsiniz.

Şiddət mövzusunda cəmiyyətə düşən vəzifələr
Cəmiyyətin bu mövzuda həssas olması lazımdır. Gözlərinin qarşısında döyülən və ya bıçaqlanan bir qadını seyr etmək yerinə dərhal polis çağırmaq lazımdır. Şiddətə məruz qalan qadınlar qadın sığınacaqlarına uşaqları ilə birlikdə qəbul olunmalıdırlar. Kiçik uşaqlar, bələdiyyə və dövlət sığınacaqlarına on iki yaşına qədər qəbul olunur. . Bu yaşdan böyük olanlar isə Sosial Xidmətlər və Uşaq Əsirgəmə Təşkilatına göndərilir





up