Azərbaycanda general vəfat etdi - FOTO
26-08-2022, 23:20

Fövqəladə hallar nazirinin müavini, general-leytenant Nazim Xeyrulla oğlu Məmmədov dünyasını dəyişib.

AZİNFORM.AZ xəbər verir ki,  uzun müddətdir müalicə alan general bu gün vəfat edib.

Qeyd edək ki, 70 yaşı olan Nazim Məmmədov 2007-2018-ci illər Dövlət Gömrük Komitəsinin sədr müavini olub, 2018-ci ildən fövqəladə hallar nazirinin müavini vəzifəsini tutub. 

Allah rəhmət eləsin!  





up