Son günlər sosial şəbəkədə atanın azyaşlı oğluna siqaret çəkdirməsi görüntüləri yayılıb.
AZİNFORM.AZ məsələni araşdırmaq üçün Daxili İşlər Nazirliyinə müraciət edib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev bildirib ki, həmin şəxs artıq müəyyən olunaraq Saatlı Rayon Polis Şöbəsinə dəvət edilib. Həmin şəxslə profilaktik söhbət aparılıb və bu əməlin qanuna zidd olduğu qeyd edilib.