Dövlət Gömrük Komitəsinin (DGK) Bakı Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti polkovniki Pərviz Kəngərli vəzifəsindən azad edilib.
AZİNFORM.AZ DGK-ya istinadən xəbər verir ki, qurumun sədr müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov bununla bağlı əmr imzalayıb.
Əmrə əsasən, P.Kəngərli təqaüdə göndərilib. Onun yerinə hələ ki təyinat yoxdur.