Xalq artisti: “Üzüm elə vəziyyətdə idi ki...” - VİDEO
24-08-2022, 11:54

Ağır xəstəlikdən sağalan Xalq artisti Ramiz Novruz yeni videoaçıqlama yayıb.

AZİNFORM.AZ xəbər verir ki, aktyor xəstə olduğu vaxtlar efirə çıxmaqdan imtina etdiyini bildirib:

 “Simam elə vəziyyətdə idi ki, deyə bilmirdim, utanırdım. O sifətdə efirdə görünmək istəmirdim. Düzəldim. Heç kim elə bilməsin ki, saymazlıq etdim. Xəstəlik ucbatından əsəbi olduğumu bilib məni yola verənlərə minnətdaram.

Hər birinizə sonsuz təşəkkürlərim var, hər şey üçün çoxsağolun! Kimlərin ki, adların çəkməmişəmsə bu o demək deyil ki onlara təşəkkür etmirəm, Allah hər birinizdən razı olsun".

 





up