Çimərliyə getmək istəyənlərin NƏZƏRİNƏ
21-08-2022, 15:24

Xəzər dənizində yerləşən çimərliklərdə gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, avqustun 22-də mülayim cənub-şərq küləyi əsəcək.Abşeron çimərliklərində mülayim cənub-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində – Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 27-28°, cənub çimərliklərində – Türkan, Hövsan, Sahil, Şıxda 28-29° isti olacaq.

AZİNFORM.AZ





up