"Bəxt üzüyü" filmində yaratdığı Seda obrazı ilə tanınan aktrisa-müğənni Firəngiz Rəhimbəyova vəfat edib.
AZİNFORM.AZ xəbər verir ki, bu barədə rejissor Namiq Şirəlibəyov məlumat yayıb.
"Bu gün acı xəbər aldıq, əzizimiz Firəngiz Rəhimbəyova qəfil ürək tutmasından dünyasını dəyişib. Ailəsinə və dostlarına başsağlığı verirəm. Allah rəhmət eləsin", - rejissor sosial şəbəkələrdəki paylaşımında yazıb.
Qeyd edək ki, uzun illərdir Amerikada yaşayan həmyerlimizin 67 yaşı olub.
Allah rəhmət eləsin!