Hava ilə əlaqədar XƏBƏRDARLIQ OLUNDU! - Qarşıdan gələn10 gün...
14-08-2022, 23:30

Növbəti 10 gündə Abşeron yarımadasında hava çox isti və rütubətli olacaq. Temperatur 40 dərəcəyə kimi qalxa bilər.

Azinform.az  bildirir ki, Bizim.Media-ya məlumat verən mühəndis ekspert Adil Əsgərov havanın temperaturunun tək istilik amili olmadığını qeyd edib:

"Havanın temperaturu tək istilik amili deyil. Havanın rütubətliliyi də vacib faktordur.

Əmək məcəlləsinin 233-cü maddəsinin 2-ci bəndinə, əsasən, 41 dərəcə selsidən yuxarı temperatur qeydə alındıqda iş dayandırılır. 2009-cu ilə qədər bu ədəd 45 idi. Bəzi şirkətlər istilik indeksindən istifadə edir və rütubəti də nəzərə alır".





up