Azərbaycan Milli Kulinariya Mərkəzinin keçmiş direktoru, Əməkdar mədəniyyət işçisi Tahir Əmiraslanov qırmızı rəngdə qatıq hazırlayıb.
AZİNFORM.AZ xəbər verir ki, o, bu barədə Feysbuk səhifəsində paylaşım edib.
Foto paylaşan kulinar hazırladığı qırmızı qatığın qatığın bəyazdan heç nə ilə fərqlənmədiyini bildirib.
“Kim sizə desə ki, qatıq həmişə ağdır, inanmayın. Bu qatıq qırmızıdır, başqa heç nə ilə fərqlənmir. Biz evdə qatığı elə çaldıq ki, qatıq qırmızı oldu. Nəvələrin xoşuna gəlsə də, gül kimi deyimi təkzib etdik, təəssüf ki”, – deyə Əmiraslanov qeyd edib.
Facebook
Вконтакте
Одноклассники
Google+