Qətlə yetirilən əsgər evin tək oğlu imiş - FOTO
5-08-2022, 11:00

Xəbər verdiyimiz kimi, Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Ağamirov Pünhan Səyavuş oğlu Tovuz rayonu ərazisində yerləşən hərbi hissədə qeyri-döyüş şəraitində aldığı güllə yarasından vəfat edib.

AZİNFORM.AZ xəbər verir ki, həlak olan əsgər Xaçmaz rayonunun Yergüc kəndindəndir. Pünhanın iki bacısı var imiş. Yanvarda tərxis olmalı idi.

Qeyd edək ki, istintaqla cinayətin zərərçəkmişlə eyni hərbi hissədə xidmət edən əsgər Kazımov Amil Famil oğlu tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

 





up