Azər Qarabağ qazisindən üzr istədi - VİDEO
28-07-2022, 02:29

Aparıcı Azər Zahid gözdən əlil olan Qarabağ qazisi Amil Əliyevə dediyi sözlərə görə üzr istəyib.

Amillə TikTok-da canlı yayıma çıxan aparıcı “Mən səndən dönə-dönə üzr istəyirəm” deyib. 

Xatırladaq ki, Azər sosial şəbəkədə yayılmış videosunda Amil Əliyevə zərfin içərisində pulu verərkən "Onsuz da saya bilməyəcəksən" deyib. Bu isə sosial şəbəkələrdə etirazla qarşılanıb. 


AZİNFORM.AZ



up